Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xanım İsmayılqızı oğlu Fəridin ölümündən sonra çox sarsılıb. SİA-ya açıqlama verən şairə xanım düşüncələrini bölüşüb: "Neçə gündür dərdimin içindəyəm. Bu günlərimi mənimlə bölüşərək, yanımda olanlara minnətdaram. Gecənin üzünü məni sevənlərin duaları ilə örtürəm".
Şairə dünyasını dəyişmiş oğluna şeir də həsr edib:
"Oğlum"
Susuzluqdan yanıram,
Ovcunda su ver içim.
O suya bir az ürəyini qoy,
Bir az hərarətini çilə,
İçim, dirilim damla-damla,
Gilə-gilə...
Sönsün quraqlıq odum,
Qurtum-qurtum doğulum....
OĞLUM...
Qeyd edək ki, Xanım İsmayılqızının oğlu Fərid iyul ayının 5-də qəflətən ürək tutmasından dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB