Qalmaqallı sənətçi Əli Mirəliyev yenə həmkarı, xalq artisti Səməd Səmədovu "yıxıb-sürüyüb". İfaçının növbəti dəfə sənət dostunun ünvanına xoşagəlməz sözlər deməsinə səbəb S. Səmədovun efirdə ustad sənətkar, tar ifaçısı Qurban Pirimovu tanımaması və "mən heç itlərimin adlarını yadımda saxlaya bilmirəm" deməsi olub.
Bu haqda SİA-ya açıqlama verən Mirəliyev Səmədovu "it" adlandırıb: "Səmədin özü itdir ki, iti də tanıyır. Ayıb olsun ona ki, böyük sənətkarın kim olduğunu bilmir. Bu biabırçılığa necə göz yummaq olar? Səməd nəinki ustadları, heç himnimizin müəlliflərini tanımır".
Qeyd edək ki, xalq artisti Səməd Səmədov efirdə "Qurban Pirimov kimdir" sualına əcaib cavab verib: "Söndürün kameranı. Mənim dörd dənə itim var. Hərdən onların da adı yadımdan çıxır" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB