Müğənni Nadir Qafarzadə həyat yoldaşına "Həyatımsan ömrüm qədər" adlı konsertini həsr edib. SİA-nın verdiyi xəbərə görə, "Yaşıl Teatr"da baş tutan konsert zamanı zalda ifaçının xanımından başqa heç kəs olmayıb. Gecəyə qırmızı avtomobillə gələn xanımını qarşılayan Nadir onu xüsusi hazırlanmış yerdə əyləşdirib. Konserti "Azərbaycan atəşi" rəqs qrupu açıb. Maraqlı anların yaşandığı gecədə N. Qafarzadə həyat yoldaşı üçün yazdırdığı "Sevincim nadir incim" adlı xüsusi bəstəni səsləndirib. Daha sonra tələbələri ilə birgə duetlər oxuyub.
Qeyd edək ki, müğənnin bu konserti bir çoxları tərəfindən qınanılıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB