Hər zaman fərqliliyi ilə seçilən stilist Samiraldo builki "Eurovision" qalibi Konçita Vurstun obrazına girərək şəkillər çəkdirib. SİA-nın verdiyi xəbərə görə, eynən onun kimi geyinən stilistin bu fotoları səs-küyə səbəb olub. Onun bu görüntülərini bir çoxları yaxşı qarşılamayıb. Həmin insanlar arasında Samiraldonun küsülü olduğu həmkarı Anar Ağakişiyev də olub. Anar Samiraldonun fotolarını kloun adlandırıb: "Belələri də özlərinə stilist deyir. Lap stilist adından utandım. Karikatura kloun".
Məsələ ilə əlaqədar olaraq qarşı tərəfin də fikirlərini öyrəndik: "Heç kimə ixtiyar verməmişəm ki, mənim şərəf və ləyaqətimi tapdasın. Əgər mən kiməsə ad versəm, gərək ölkəni tərk etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB