Müğənni Nadir Qafarzadə iyulun 6-da həyat yoldaşının qarşısında "Həyatımsan Ömrüm qədər" adlı solo konserti ilə əlaqədar olaraq jurnalistləri başına yığıb. SİA-nın verdiyi xəbərə görə, konfransda sənətçi konserti zamanı ancaq həyat yoldaşının olacağını deyib. Qafarzadə bu konsertdən sonra onu tənqid edəcəklərini lakin o tənqidlərə hazır olduğunu bildirib.
N.Qafarzadə Gürcüstanda çəkdirdiyi "Göndər" adlı klipindən də söz açıb: "Yeni ekran işimi təqdim edirəm. Klipdə tərəf müqabilim Gürcüstanı dünya gözəllik yarışmasında təmsil edən, 2012-ci ilin Gürcüstan gözəli Tamara Şedaniya idi. Klipin sözlərinin müəllifi Altay Yaşarın və rejissor Elnur Eliyevin əməyini də yüksək qiymətləndirirəm. Klip Gürcüstan paytaxtının ən gözəl məkanlarında lentə alınıb. Bu ekran işində hətta mənim kazinoda olarkən görüntülərim də yer alıb. Düşünürəm ki, fərqli klip ərsəyə gəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB