Ebru Polat Bakıya gəlir

Türkiyəli müğənni Ebru Polat Azərbaycana gəlir. SİA-nın verdiyi xəbərə görə, ifaçı iyulun 5-də Nabranda konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, E.Polat bu ilin aprel ayında azərbaycanlı iş adamı ilə nişanlanıb. O, hər kəsdən gizli saxladığı nişanlısı ilə İtaliyanın Milano şəhərində ailə quracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə