Müğənni və rejissor yeni filmini təqdim edəcək

Müğənni və rejissor yeni filmini təqdim edəcək

Müğənni və rejissor Mahsun Kırmızıgül yeni ərsəyə gətirdiyi "Mucize" filmini təqdim etməyə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, sayca dördüncü filminin çəkilişlərini yekunlaşdıran Mahsun yaşanmış bir gerçək hekayədən möhtəşəm film ərsəyə gətirdiyini və tamaşaçının yeni bir dünya ilə tanış olacağını bildirib. 3 illik fasilədən sonra dördüncü dəfə rejissorluq edən Kırmızıgül çəkilişləri Zimir, Uşak və Qarsda aparıb. Rejissor 60-cı illəri xatırladan film haqqında kənar şəxslərə danışmağı komanda heyətinə qadağan edib.

Filmin anonsunu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə