Anasını itirən müğənni depresiyaya düşdü FOTOLAR

Anasını itirən müğənni depresiyaya düşdü FOTOLAR

Ötən ay anasını itirən tarzən Humay Qədimova özünü sənətindən müəyyən müddətə təcrid edib. Anasının itgisindən sarsılan sənətçini sənət dostları yalnız qoymur. Bu haqda SİA-ya danışan tarzən-müğənni Humay bəzi məqamları açıqlayıb: "Anamın səhhəti son həftələr ağırlaşmışdı. O zaman da sənətimə fasilə vermişdim. Anamı Türkiyəyə aparmaq istəyirdim. Amma getmək istəmədi. Bəlkə də dünyasını dəyişəcəyini hiss etmişdi. Onu da deyim ki, hazırda sənətimi davam etdirmək istəmirəm. Çünki o əhval-ruhiyyədə deyiləm. Anamın 40 mərasimindən sonra xatirinə həzin kompazisiya həsr edəcəm".

Qeyd edək ki, iyulun 18-də sənətçinin anasının 40 mərasimidir.

Bütün xəbərlər Facebook səhifəmizdə