Tunar problemlərinə görə işlərinə stop dedi

Tunar problemlərinə görə işlərinə stop dedi

Müğənni-bəstəkar Tunar Rəhmanoğludan yeni xəbər var. Bu haqda SİA-ya danışan Tunar qardaş ölkədə klipə çəkildiyini deyib: "Bacım Azəri Günel Zeynalova Türkiyə musiqisinin "İmperator"u İbrahim Tatlısesin "Səndən insaf diləyər yarım" mahnısını səsləndirərək lentə aldırıb. Həmin ekran işində mən də rol almışam. Klipdə sujet xətti də var. Yaxın günlərdə tamaşaçılara təqdim olunacaq".

Tunar hazırda işlərinə ara verdiyini də dilə gətirib: "Hazırda heç bir sənətçiylə çalışmıram. Bəzi problemlərimə görə, işlərimə ara vermişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə