Hansı tanınmışlar oruc tutur? SORĞU-FOTOLAR

Hansı tanınmışlar oruc tutur? SORĞU-FOTOLAR

Müsəlmanları günahlarından təmizləyən Müqəddəs Ramazan ayı bu il də yay günlərinə təsadüf edib. "Bu il hansı məşhurlar oruc tutur?" sualı altında sorğu keçirdik. Həmin sorğunu SİA-ya oxucularına təqdim edirik:

Xalq artisti Nisə Qasımova: "Artıq illərdir ki, oruc tuturam. Hər gün də vaxtlı-vaxtında namaz qılıram".



Xalq artisti İlhamə Quliyeva: "Yüksək qan təzyiqi səbəbindən bütöv ay ərzində oruc tuta bilmirəm. Ancaq Əhya günlərində oruc tutmaq istəyirəm".

Müğənni Ayaz Qasımov: "Mən də oruc tuturam. Allah hər kəsin oruc və namazını qəbul etsin, Amin!"

Müğənni Elgün Hüseynov: "Oruc tutmuram. Allah oruc tutanların günahlarını bağışlasın".

Müğənni Elvin Abdullayev: "Nə gözəldir oruc tutmaq. Allah mənə güc versin ki, sonadək davam edə bilim. Allah oruc tutanların da orucunu qəbul etsin, Amin!"

Meyxanaçı Vasif Əzimov: "Hər il olduğu kimi, ənənəmə sadiq qalaraq Müqəddəs Ramazan ayında oruc tuturam. Eyni zamanda artıq illərdir ki, Allaha ibadət edirəm. Allah günahlarımızı bağışlasın".

Teleaparıcı Cavid Gül: "Oruc tutmaq vacibdir. Odur ki, mən də oruc tuturam. Allah hər kəsin orucunu qəbul etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə