Rusiyalı müğənni Bakıya gəlir

Rusiyalı müğənni Byanka yenidən Azərbaycanda qonaq olacaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı konsert proqramı ilə çıxış edəcək. Konsert avqustun 23-də Jumeirah Bilgah Beach Hotel-də yerləşən Equinox Beach Club-da reallaşacaq.

Qeyd edək ki, Byanka həmin gecə repertuarında olan hitlərini, həmçinin yeni mahnılarını təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə