Rəqsanənin imici səs-küyə səbəb oldu FOTOLAR

Rəqsanənin imici səs-küyə səbəb oldu FOTOLAR

Müğənni Rəqsanə İsmayılova 30 iyun "Sevgililər günü" ndə şəhid İlham və Fərizənin toylarının ildönümünə həsr olunmuş konsert verib. SİA-nın verdiyi xəbərə görə, "Yaşıl Teatr"da baş tutan gecə "Vağzalı" havası ilə başlayıb. Rəqqaslar İlhamla Fərizənin bəy və gəlin obrazını öz rəqslərində canlandıraraq, konserti açıq elan ediblər. Rəqqasların çıxışından sonra gecənin aparıcıları Afaq Gəncəli və Günay Firidunqızı tamaşaçıları salamlayıblar. Daha sonra İlham və Fərizənin anaları səhnəyə dəvət olunublar və Rəqsanənin bu təşəbbüsünə görə sənətçiyə təşəkkürlərini bildiriblər.

İlham və Fərizənin anasının çıxışından sonra müğənni R. İsmayılova gəlinlik donunda səhnəyə çıxıb. İfaçı "Payız sən gəldin, bəs yarımı neylədin" mahnısı ilə konsertə start verib.

Konsertdə sənətçinin geyimləri və saç düzümü də diqqət mərkəzində olub. İfaçı gecə boyu fərqli libaslarda olub.

Qeyd edək ki, müğənnin konsertində sənət dostlarından müğənni Elnur Məmmədov, Ayan Babakişiyeva, Xəyyam Nisanov, Sevil və Sevinc bacıları, Aşıq Samirə və başqaları iştirak edib.

Rəqsanə İsmayılovanın konsertindən olan şəkilləri sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə