Əməkdar artist media nümayəndələri ilə görüşdü

Əməkdar artist media nümayəndələri ilə görüşdü

Bu gün əməkdar artist Tünzalə Ağayeva jurnalistləri başına yığıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi gənc ifaçı Suğra Əsgərli ilə duet oxuduğu "Qovuş ona" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Tədbiri giriş sözü ilə açan İfaçı klipini Türkiyədə lentə alındığını dilə gətirib: ""Qovuş ona" adlı mahnımı gənc müğənni Suğra ilə birgə səsləndirib, ekran işi verdirdim. Ekran işi Türkiyədə Taksim meydanında, Sultan Əhməddə çəkilib. Klipdə geyindiyim libasların müəllifi Gülnarə Xəlilovadır. Klip və mahnı hər kəsi ayrı dünyaya aparacaq".

T.Ağayeva Suğra ilə işbirliklərinin bu duetlə yekunlaşmadığını, gələcəkdə də böyük layihələr edəcəklərini deyib.

Qeyd edək ki, "Qovuş ona" adlı bəstənin sözləri Suğra Əsgərliyə, musiqisi Tünzalə Ağayevaya məxsusdur. Klipin rejissoru Tailan Gülər, operatoru Murad Bayraqoğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə