Gənc Tamaşaçılar Teatrında talessemiya xəstəliyindən əziyyət çəkən uşaqlara aid konsert keçirilib. SİA-nın verdiyi xəbərə görə, bəstəkar Tural Bayraməliyevin təşkilatçılığı ilə baş tutan konsertin ararıcısı şoumen Kamran Həsənli olub. T. Bayraməliyev belə xeyriyyə tədbirlərinə hər zaman ehtiyac olduğunu söyləyib: "İnsanlıq naminə belə tədbirlərin sayını artırmaq lazımdır. Bu gözəl missiya ilə yaşamaq hər birimizin borcudur".
Qeyd edək ki, konsertdə tanınmış müğənnilərdən Lalə Məmmədova, Niyam Səlami, Səidə Sultan, Yaşar Yusubov, meyxanaçı Əşrəf Dərya, rəqqasə Fatimə və onun rəqs qrupu, Roza Zərgərli, "Kristal" qrupu iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB