Türkiyəli müğənni Fərhad Göçərin keçmiş həyat yoldaşı Bərna Hocaoğlunun müğənnidən şikayəti əsasında Beykoz prokurorluğunda başladılmış məhkəmə prosesində, 17 yaşlı qızı atasına qarşı şok iddialar irəli sürüb. SİA-nın verdiyi xəbərə görə, o, 2 yaşında olanda valideynləri ayrılarkən anasına verilsə də, Fərhad Göçər 2011-ci ildə qızını anasından geri alıb. 14 yaşından etibarən atası ilə yaşayan, asma və ürək xəstəliklərindən əziyyət çəkən qızcığaz məhkəmədə ifadəsində atasının onun səhhətinə biganə yanaşdığını deyib: "Asmama səbəb olan it və pişikləri məndən üstün tutur. Ömür Gedikin qızı ilə daha çox maraqlanır. 2012-ci ildə əməliyyat olundum. Atam isə məni həkimlərin yanında qoyub Ömür Gedik və qızı ilə tətilə getdi. Evdən gedəcəyimi söyləyəndə "Vecimə deyil, hara gedirsən, get" dedi. Məndə evi tərk elədim. İsveçrədən gələn həkimlə razılaşmışdıq ki, ürək əməliyyat etsin. Lakin atam qoymadı. Atamdan şikayətçiyəm".
Qeyd edək ki, Fərhad Göçər uzun müddətdir ki, aparıcı Ömür Gediklə bir evdə yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB