Xalq artisti Alim Qasımovun qızı xanəndə Fərqanə Qasımova Sloveniyada keçirilən festivala qatılacaq. SİA-nın verdiyi xəbərə görə, muğam ifaçısı "Bled festivalında" ölkəmizi atası ilə yox, tək təmsil edəcək. O, sözügedən festivala avqustun 1-də gedəcək.
Qeyd edək ki, xanəndəni tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, nağarada Cavidan Nəbiyev müşaiyət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB