Bəstəkar-müğənni Hacı Nazim bu gün qızının 1 yaşını qeyd edəcək. Bu haqda SİA-ya bəstəkarın özü məlumat verib: "Bu gün qızım Fatimənin 1 yaşı tamam olur. Odur ki, məkanların birində ailəvi dostlarımla birgə qızımın ad gününü keçirdəcəm. Özümə borc bildim ki, Fatiməmin 1 yaşını təmtəraqlı şəkildə qeyd edim. Çünki onun doğum gününü keçirməsəm gələcəkdə böyüyüb, məni qınaya bilər. Allah bütün balalara mənim qızım kimi xoş günlər nəsib etsin".
Qeyd edək ki, Hacı Nazim 2012-ci ildə iyul ayının 3-də Gülnar adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən cütlüyün bir qız övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB