Rəqsanə qızından danışdı

Müğənni Rəqsanə İsmayılova yeniliklərindən söz açıb. SİA-ya açıqlama verən sənətçi konsertlər verəcəyini söyləyib: "Sentyabr ayında Gəncədə, Amerikanın 3 şəhərində konsertlər verəcəm. Eyni zamanda dekabr ayında Heydər Əliyev Sarayında 2 gün konsert keçirdəcəm. Bu konsertdə bilet satışı olmayacaq. Hər kəsə qapı açıq olacaq".

Müğənni qızı Aysun haqqında da danışıb: "Aysun haqqında bir çox saytlar yalan məlumatlar yazır. Onun günahı mənim qızım olmaq deyil. Övladlarım haqqında yazmağı bütün jurnalistlərə qadağan edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə