Əməkdar artist qardaşına toy etdi FOTOLAR

Əməkdar artist qardaşına toy etdi FOTOLAR

Əməkdar artist, skripka ustası Səlim Abbasov qardaşı Anara vağzalı çaldırıb. SİA-nın verdiyi xəbərə görə, Anar sevib, seçdiyi Günel adlı xanımla ailə həyatı qurub. El şənliyində Səlimi sənət dostları da tək qoymayıb. Toyda maraqlı anlar yaşanıb. Belə ki, "Natiq" ritm qrupu mahnılarıyla toya gələnləri çoşdurub. Nağara ustadları el şənliyi başlamamışdan öncə bəyin həyətində də çalıb, oynayıblar.

Qeyd edək ki, el şənliyində ən yadda qalan an isə səbəbkar sintizator arxasına əyləşərək bəstələr səsləndirməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə