Nəğməkar-şair Baba Vəziroğlu ilə müğənni Yaşar Cəlilovun əməkdaşlığı ailə dostluğuna çevrilib. SİA-nın verdiyi xəbərə görə, Y. Cəlilov şairi ailəsi ilə Mərdəkandakı bağ evinə qonaq dəvət edib. Hər iki ailə birlikdə istirahət ediblər.
Əməkdaşlığa vəsilə olan teleaparıcı, Y. Cəlilovun prodüseri Vüsalə Kərimova şairlə müğənninin əməkdaşlığının daha bir mahnı ilə davam edəcəyini bildirib.
Qeyd edək ki, Y. Cəlilov sözləri B. Vəziroğlu, musiqisi Kamala (Kəmaləddin Heydərov) məxsus "Ulduzlu gecə" mahnısını ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB