Qardaş ölkədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrab yenə də xoşagəlməz hərəkət edib. SİA-nın verdiyi xəbərə görə, Bodrumda yaxta ilə gəzmək istəyən Rza Zərraba ərazidəki vətəndaşlar "oğru var" deyə söz atıblar.
"Yaxtanı kimin pulu ilə almısan" sualına əsəbiləşən Rza Zərrab ərazidən uzaqlaşıb. R.Zərrabın mühafizəçiləri isə "oğru var" deyən qadınlardan birini vuraraq yerə yıxıb. Onlar başqa bir gənci isə faciəvi şəkildə döyüblər.
Qeyd edək ki, Rza Zərrab Türkiyədə dekabrın 17-də başladılan anti-korrupsiya və rüşvət əməliyyatı zamanı həbs edilib və bir müddət sonra azadlığa buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB