Xalq artisti Brilliant Dadaşovadan və müğənni Yaşar Yusubdan xəbər var. SİA-nın verdiyi xəbərə görə, sənətçilər bəstəkar Tural Bayraməliyevə aid olan "Səndən sonra" və "Tənha yaşa" adlı bəstələrə klip çəkdirməyə hazırlaşırlar. Hər 2 mahnıya xaricdə klip çəkiləcək. B.Dadaşovanın mahnısına Avropalı rejissor, Y.Yusubun mahnısına isə tanınmış rejissor Nail Naiboğlu Gürcüstanda klip çəkəcək.
Qeyd edək ki, Tural Bayraməliyevin mahnılarını bu günə kimi Aygün Kazımova, Abbas Bağırov, Nadir Qafarzadə, Samir Piriyev ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB