ATV telekanalında yayımlanan "Ulduzların döyüşü" realiti şousunun finalında maraqlı anlar yaşanıb. Yarışmada döyüşən ulduzlar rejissor Kənan Mahmudov və müğənni Vüqar Muradov arasında gərgin mübarizə gedib. Döyüş zamanı 2 dəfə qolu sınan rejissor məğlub, Vüqar Muradov isə qalib gəlib. Oyunun şərtlərinə görə, müğənni yarışmada qalib gəldiyi üçün 20 000 manat məbləğində pul mükafatı qazanıb.
Vüqarın uğuruna baş məşqçisi Fuad Zeynalov da şərik olaraq SİA-ya açıqlama verib: " "Sərhədçi" İdman Olimpiya Mərkəzində 4 ay Vüqar Muradova yüksək təlim məşq keçdim. Onun döyüş və fiziki hazırlığını artırdım. Vüqara çox inanırdım ki, qalib gələcək. Yarışmadan öncə də hər kəsə söylədim ki, Kənan kimi güclü rəqibi udacaq. Ancaq hamı mənim bu sözümə qeyri-ciddi yanaşdı. Oyun zamanı 5-ci raundda hakimlərinə rəyinə görə Kənan MM-in çiyninin çıxmasına baxmayaraq, xal hesabına görə Vüqara uduzmuşdu. Ona görə də hakimlər Kənanın çiyni çıxdıqdan sonra oyunu dayandırdılar ki, yenidən yarışmanı davam etdirsə belə uduzmuş sayılır. Hər kəs bilir ki, Kənan güclüdür. Ancaq məğlubiyyəti də qəbul etmək lazımdır. Fikrimcə Kənan Vüqarı zəif rəqib hesab edərək özündə arxayınlıq yaratdı. Ona görə Vüqarın qarşısında aciz qaldı. Bir sözlə hazırlıqların və inadkarlığını nəticəsində Vüqar Muradov Kənan MM-ə qalib gəldi. Odur ki, mən Vüqara "Canavar" ləqəbi vermişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə