Şou-biznesin sevgili cütlüyü belə yaxalandı FOTOLAR

Şou-biznesin sevgili cütlüyü belə yaxalandı FOTOLAR

Şou-biznesdə daha bir cütlük eşq macərası yaşayır. SİA-nın verdiyi xəbərə görə, müğənni Orxan Babazadə ilə prodüser Humay Muxtarova sevgi münasibətindədirlər. Belə ki, məkanların birində fotokameramızın obyektinə tuş gələn cütlük olduqca səmimi görünüblər. Diqqətimizdən qaçmayan məqam isə Orxanın Humayı qucaqlaması olub.

Cütlüyün aralarındakı münasibəti soruşduqda Orxan əməkdaşımıza Humaya qarşı xoş hisslər keçirdiyini və onu sevdiyini bildirib.

Bu haqda qarşı tərəfində yəni Humayında fikirlərini öyrəndik. O, sözügedən məsələ haqqında danışmaq istəmədiyini və gizli qalmasının tərafdarı olduğunu söylədi.

Qeyd edək ki, Humay Muxtarovanın adı bir müddət öncə prodüserlik etdiyi müğənni Elvin Abbasovla da birgə hallanırdı.

Humayla Orxanın səmimi fotolarını sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə