Türkiyəli müğənni azəri bəstəsini albomuna daxil etdi

Türkiyəli müğənni azəri bəstəsini albomuna daxil etdi

Qardaş ölkənin sənətçisi İrem Derici Azərbaycan mahnısını repertuarına daxil edib. SİA-nın verdiyi xəbərə görə, müğənni "Nazəndə sevgilim" mahnısını oxuyub. İfaçı həmin mahnını öz yeni albomuna da yerləşdirib.

Qeyd edək ki, "Nazəndə sevgilim" mahnısının sözləri İslam Səfərliyə, musiqisi isə Andrey Babayevə məxsusdur. Mahnını korifey sənətkarımız Rəşid Behbudov, Nadir Qafarzadə, Abbas Bağırov və başqaları ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə