Növbəti yerli müğənnimizin səsi Türkiyədən gəldi FOTOLAR

Növbəti yerli müğənnimizin səsi Türkiyədən gəldi FOTOLAR

Müslüm Gursəsin rejissoru kimi tanınan və xalq artisti Aygün Kazımovaya da klip çəkən rejissor Zafer Ünlü növbəti yerli sənətçimiz Sevinc Musayevayla da işbirliyə başlayıb. SİA-nın verdiyi xəbərə görə, rejissor sözügedən müğənninin "İstanbulda liman" adlı mahnısını ekranlaşdırıb. Klipin çəkilişləri İstanbuldakı boğaz içində reallaşıb. Artıq adıçəkilən bəstə Türkiyənin bir çox kanallarında yayımlanır.

Nəzərinizə çatdıraq ki, Sevinc Musayeva haqqında saytlarda xəbərlər yer alıb. Sənətçi də bu mahnının piarına və bir çox məsələlərə qətiyyən maliyyə vəsaiti xərcləmədiyini bəyan edib.

Qeyd edək ki, rejissor Zafer Ünlü Aygün Kazımova ilə növbəti dəfə işbirliyi qurmaq arzusundadır.

Bütün xəbərlər Facebook səhifəmizdə