Ayan naxçıvanlılara konsert verdi

Müğənni Ayan Babakişiyeva Naxçıvan Muxtar Respublikasının Babək rayonunda solo konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı Şəhər icra nümayəndəliyinin təşkil etdiyi konsertdə həm vətənpərvər, həm də məhşur mahnılarını səsləndirilib. Konserti çoxlu sayda şəhər sakini və rəsmi nümayəndələr izləyib.

Konsertdən böyük əhval-ruhiyyə ilə ayrılan sənətçi ertəsi gün Naxçıvanı qarış-qarış dolaşıb. Muxtar Respublikanın təbiətinin gözəlliyinə heyran qalan sənətçi fikirlərini də bölüşüb: "Naxçıvanlıların qonaqpərvəliyinə söz ola bilməz. Təbiətin və şəhərin gözəlliyi, təmizliyi insanı valeh edir. İnşallah qismət olsun Naxçıvan MR-ya səfərim davamlı edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə