Müğənni Təranə Qumral həyat yoldaşı və duet ortağı Musa Musayevdən başqa heç kimlə duet oxumaq fikrində olmadığını deyib. SİA-ya açıqlama verən sənətçi bir-biriləri üçün yarandıqlarını deyib: "Sentyabr ayında yeni bəstələrimiz olacaq. Biz Musayla ölənə qədər birgə duetlər səsləndirəcəyik. Çünki biz bir-birimizi tamamlayırıq. Eyni zamanda Musanın yazdığı mahnılar bizə aiddir".
Təranə xanım bu yay mövsümündə istirahət edəcəklərinə də dilə gətirib: "Orucluğa qədər toylarımız və şou proqramlarımız çoxdur. Onlar bitəndən sonra ailəmizlə birgə rayonların birində dincələcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB