Teleaparıcı vətəni tərk edir

Teleaparıcı İlahə Nizamiqızı övladları ilə birgə vətəni tərk edəcəyini deyib. SİA-ya açıqlama verən teleaparıcı bu yay mövsümündə dincəlməyi planlaşdırdığını söyləyib: "Ötən il oğlumun səhhətində ciddi problemlər olduğu üçün yaxşı istirahət edə bilməmişdim. Uşaq möhkəm soyuqladığı üçün həkimlər dənizə getməyə qadağa qoymuşdu. Ancaq bu il 3 ay İstanbulda dincələcəm. Çünki Türkiyə mənim üçün çox əziz ölkədir".

İlahə görkəmindən də söz açaraq xeyli arıqladığını dilə gətirib: "12 kiloqram arıqlamışam. Pəhrizdə olduğum üçün çörəyi iyləyib, doyuram. Hər gün 1 saat qaçıram. Hazırda 55 kiloqram çəkim var".

Bütün xəbərlər Facebook səhifəmizdə