Bu gün Röya 32 yaşını qeyd edir FOTOLAR

Bu gün Röya 32 yaşını qeyd edir FOTOLAR

Bu gün sevilən müğənni Röya Ayxanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, sənətçi 1982-ci il iyunun 14-də Ağdam rayonunda dünyaya gəlib. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib.

Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə "V&V" prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.

Qeyde dək ki, 32 yaşını qeyd edən Röya Anar adlı şəxslə ailəlidir. 2009-cu ildə Hüseyn adlı oğlu dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə