Aktyoru məhkəməyə verdilər

Türkiyənin sevilən aktyoru Kadir Doğulu məhkəməyə verilib. SİA-nın verdiyi xəbərə görə, "Pis yedili" serialına çəkilən aktyor icazəsiz olaraq çəkilişə gəlməyib. Bir müddət sonra isə onun başqa serial çəkilişində iştirak etdiyi məlum olub. Bu səbəbdən də ssenari dəyişdirilib, eləcə də aktyor məhkəməyə verilib. Məhkəmə qərarına görə, Kadir Doğulu 70 min lirə təzminat ödəmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə