Baba Vəziroğlu: “Yaşar İlqar Muradovun bənzəridir” FOTOLAR

Baba Vəziroğlu: “Yaşar İlqar Muradovun bənzəridir” FOTOLAR

Şair və əməkdar incəsənət xadimi Baba Vəziroğlu müğənni Yaşar Cəlilov haqqında danışıb. SİA-ya açıqlama verən şair onun ifa tərzini bəyəndiyini söyləyib: "Musiqisi Kamala, sözləri mənə məxsus olan "Ulduzlu gecə" mahnısı Yaşarın ifasında uğurlu alındı. Onu da deyim ki, Yaşar İlqar Muradovu xatırladır. Onların səmimiyyəti, səhnədə duruşu, oxu tərzi bənzərdir".

Yaşar Cəlilov da ilk dəfədir bu yaradıcı heyətlə işbirliyi qurduğunu deyib: "Bu mahnının sevgidən bəhs etməyi ürəyimdən xəbər verdi. İnsanın ilk sevgisi anasından başlayır. Zamanla sevgilər böyüyür və bu sevgi üçün darıxdığı vaxtlar olur".

Bütün xəbərlər Facebook səhifəmizdə