Türk sənətçinin konsertinin vaxtı bəlli oldu

Türk sənətçinin konsertinin vaxtı bəlli oldu

Xəbər verdiyimiz kimi qardaş ölkənin sənətçi Sərdar Ortaç Bakıda konsert verəcək. SİA-nın verdiyi xəbərə görə, sözügedən konsertin vaxtı dəqiqləşib. Belə ki, o, sentyabrın 27-də "Yaşıl Teatr"da sevənlərinin qarşısına çıxacaq. Gecədə ilk öncə yerli müğənni Zarina bəstələrini səsləndirəcək. Konsert 20:00-da başlayacaq. Gecəni teleaparıcı Zaur Nəbioğlu idarə edəcək.

Qeyd edək ki, konsertin biletləri artıq satışdadır. Şəhərin kassalarından əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə