Müğənni Elariz Məmmədoğlu bu yay mövsümünü vətəndən kənarda istirahət edəcəyini söyləyib. Bu haqda SİA-ya danışan Elariz İstanbuldakı evinə gedəcəyini bildirib: "1 ildən artıqdır ki, İstanbulda özümə mənzil almışam. Sözügedən mənzildə oğlum yaşayır. İyul ayında ailəmlə birgə qardaş ölkəyə səfər edərək, İstanbulda öz evimizdə dincələcəyik".
Qeyd edək ki, ifaçı sentyabr ayında öz bəstələdiyi mahnıları ilə yanaşı, digər bəstəkarlardan aldığı bəstələri sevənlərinə təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə