Müğənni Niyam Səlami yeni mahnısını dinləyicilərin ixtiyarına verib. N. Salami SİA-ya açıqlaması zamanı tezliklə "Çağırma məni" adlanan mahnıya klip çəkiləcəyini də bildirib: " Klipə rejissor Ceyhun Kərimov quruluş verəcək. Ekran işinin süjet xətti maraqlı sevgi hekayəsi üzərində qurulacaq. Çəkilişlər Bakıda fərqli və tamaşaçıların ekranda heç zaman görmədiyi məkanlarda və Qaradağda aparılacaq. Bütün yaradıcı işlərim müştərək fikirlər əsasında ərsəyə gəlir. Burada da öz fikirlərimi bildirəcəm. Süjet xəttində özüm olmayacam. Klipdə qız oğlanın arxasınca düşür. Ekran işində professional model xanım çəkiləcək. Hazırda seçim işləri gedir".
Qeyd edək ki, "Çağırma məni" adlanan kompozisiyanın musiqisi Ceyhun Əliyevin, sözləri Azər Şirinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB