Müğənni Sevinc Ağaşirinova media mənsublarını başına yığıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi "Sən də get" adlı mahnısına çəkdirdiyi ekran işinin təqdim edib. Tədbiri idarə etmək aparıcı Samir Bayramlıya həvalə olunub.
Sevinc klipi haqqında ağızdolusu danışıb, jurnalistlərin suallarını cavablandırıb: " Yeni ərsəyə gətirdiyimiz "Sən də get" adlı ekran işimi rejissor Nazim lentə alıb. Rejissor məndən nə istədi hamısını etdim. Çalışdım ki, standartlardan kənar bir klip olsun, maraqlı alınsın. Ekran işində ilanım Zazanı da çəkdik. Klipdə kadr arxası məqamlarda çox maraqlı idi. Bütün pulumu "Sən də get" yeni ekran işimə xərclədim".
Səbəbkarı təbrik etmək üçün şou-biznes nümayəndələri də təşrif buyurub. Onlardan Roza Zərgərli, Sevda Yahyayeva, Elariz Məmmədoğlu, Elçin Hüseynov, Emil Bədəlov, Xatun, Orxan Babazadə, Zarina, Əbdül Xalid, prodüserlərdən Təranə, Tolik, aparcılar Samir Bayramlı, İlahə Nizamiqızı və başqaları da qatılıb.
Qeyd edək ki, mərasimin sonunda Sevinci sənət dostları təbrik edərək, ünvanına xoş sözlər deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB