Müğənni Miri Yusif iyunun 13-ü və 14-də "Yaşıl Teatr"da baş tutacaq konserti ilə bağlı mətbuat kofransı keçirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi konserti haqqında ətraflı məlumat verib: "Konsertə təşrif buyuranlar hit bəstələrlə yanaşı yeni mahnılarımı da eşidəcklər. Səhnəyə mənimlə birlikdə xalq artisti Zülfiyyə Xanbabayeva da çıxacaq. Həmin gecədə bir çox surprizlər olacaq. Konsertim texniki tərəfdən də fərqlənəcək. Onu da deyim ki, bu dəfə ki, konsertimdə də heç bir sənət dostuma bilet verməyəcəm. Əgər insanlar mənə və sənətimə hörmət edirsə bilet alıb gələrlər. Mən biznesmen deyiləm. Yaradıcılığımla pul qazanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB