Stilist biznesini genişləndirdi FOTOLAR

Stilist-vizajist Şəfəq Novruzova biznesini genişləndirib. SİA-nın verdiyi xəbərə görə, xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun qızı Şəfəq növbəti gözəllik salonu açıb. Açılış mərasimində vizajistin ailə üzvləri atası R. Novruz, anası və qardaşı müğənni Cavidan Novruz olmaqla bir çox tanınmış simalar da iştirak edib. Onların arasında xalq artisti Firəngiz Mütəllimova, əməkdar artsitlər Vəfa Zeynalova, Münəvvər Əliyeva, Anar Heybətov, müğənnilər Zarina Məmmədova, Emil Bədəlov, Xatun, Məryəm Şabanova, prodüser Təranə Səmədova, aparıcı Lamiyə Ələkbərqızı və KİV nümayəndələri olub.

Uşaqları ilə qürur duyduğunu deyən xalq artisti Ramiz Novruz onlara dəstək olduğunu deyib: "Övladlarıma hər zaman məsləhət vermişəm ki, bacardıqları işlə məşğul olsunlar. Onlara sənət seçimindən mane olmamışam".

17 ildir vizaj sənəti ilə məşğul olan Şəfəq qadınlara məsləhət verməyi də unutmayıb: "Göz kölgələrindən və xətlərindən düzgün istifadə etmək lazımdır. Saçlarda isə təbiiliyə üstünlük versinlər. Bəzən öz yığdığımız saçlar daha təbii görünür".

Bütün xəbərlər Facebook səhifəmizdə