Namiq yoxsa Murad?

Meyxanaçı Namiq Qaraçuxurlu rol aldığı "Toy gecəsi" serialındakı Murad obrazından söz açıb. Bu haqda SİA-ya danışan meyxanaçı Namiqlə Muradı müqayisə də edib: "Muradla Namiqin arasında çox fərq var. Murad imkanlı və hörmətli iş adamıdır. Ancaq maddi durumun yaxşı olmasıyla yanaşı gərək insanlığı da olsun. Düşünürəm ki, özüm olmaq daha yaxşıdır".

Sənətçi bu yay istirahət etmədən çalışacağını da bildirib: "Hələ ki, istirahətə zaman ayırmamışam. Çünki işlərim çoxdur. Əgər dincəlmək istəsəmdə rayonlarımızın birində 1 həftəlik istirahət edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə