Faiq Ağayev: “Rəhimin fikrini ciddiyə alan yoxdur”

Faiq Ağayev: “Rəhimin fikrini ciddiyə alan yoxdur”

Müğənni Rəhim Rəhimli xalq artisti Faiq Ağayevi "yıxıb-sürüyüb". SİA-nın verdiyi xəbərə görə, o, həmkarına "sənin zamanın keçib" deyib.

Qarşı tərəfdə Rəhimin bu ifadəsinə sərt reaksiya verməkdən çəkinməyib: "Atalar yaxşı deyib: "Avazın yaxşı gəlir, oxuduğun Quran olsa". Bu gününə kimi müasir estradamızda kişi müğənniləri arasında nailiyyətlər qazanmışam. Rəqabətə də can atmıram. Əldə etdiklərimə görə, mənimlə müqayisə olunacaq müğənni hələ ki, yoxdur. Onu da deyim ki, Rəhim, xəyallarını gerçək kimi bu millətə yedizdirmək istəyir. Bu cür insanlara yazığm gəlir. Onun özü də anlayır ki, mövqeyi Azərbaycan musiqisində həlledici deyil. Xalq arasında fikrini də ciddiyə alan yoxdur. Rəhim yeni mahnının reklam üslubunu səhv seçmisən. Ancaq savadlı musiqiçi və məzəli şoumendir. Uğurlar sənə, "gənc dostum"".

Bütün xəbərlər Facebook səhifəmizdə