Uzun illərin dostları yenidən bir araya gələcək

Uzun illərin dostları yenidən bir araya gələcək

Aktyor Elməddin Cəfərov yeni serialda rol alacağını deyib. SİA-ya açıqlama verən Elməddin uzun fasilədən sonra köhnə həmkarı ilə eyni səhnəni paylaşacağını bildirib: "Həmkarım Fərda Xudaverdiyevlə bir serialda oynayacağıq. Sözügedən kino sentyabr ayında tamaşaçıların ixtiyarına veriləcək. Onu da deyim ki, hər şey maliyədən asılıdır".

Aktyor Fərda Xudaverdiyevdən bir müddət kənar gəzməsinin səbəblərini də açıqlayıb: "Xeyli vaxt efirlərdən uzaqlaşdım. Fərda da ətrafına başqa insanları cəm etdi. Hazırda şükürlər olsun ki, münasibətimiz normaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə