Türkiyəli sənətçi Ebru Gündeşin şəxsi həyatı barədə maraqlı fakt ortaya çıxıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bahalı villada qalsa da, atası evsiz qalıb. Azərbaycanlı iş adamı Reza Zərrabla ailə quran sənətçinin atası küçədə köhnə əşyaların satışı ilə məşğuldur. Qızının onu heç vaxt axtarmadığını deyən Remzi Gündeş gecələrini 20 kvadrat metrlik dükanda keçirir. O, Ebru haqda danışmaqdan imtina edib: "Mən şərəfsiz bir insan olsaydım, indi dəbdəbəli villada yaşayardım. Şərəfim olduğu üçün belə haldayam. Dilənçi deyiləm. Acından ölərəm, amma kiminsə qapısına gedib, bir loxma çörək də istəmərəm. Bir vaxtlar mənə gəl bu evdə qal demişdi. Amma ondan gələcək xeyiri istəmirəm. Mənə halallıq lazımdır. Haramla heç bir işim yoxdur".
Sənətçinin atası "Heç nəvənizi gördünüzmü" sualına isə "Mənim övladım yoxdur ki, nəvəm də olsun. Amma əsl bir övladımın və nəvəmin olmağını çox istəyərdim" cavabını verərək, göz yaşlarını saxlaya bilməyib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB