Türkiyənin tanınmış müğənnisi Rafet El Roman Azərbaycanda verəcəyi konserti təxirə düşüb. Bu haqda SİA-ya konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib: "Rafet El Roman Almaniya vətəndaşıdır. Bakıya oğlu ilə gəlməyi planlaşdırırdı.Viza məsələsində problem yaranıb. Buna görə də bu gün Azərbaycana gələ bilməyəcək. Konserti iyunun 28-də, saat 21:00-da olacaq. İyunun 7-nə alınan bütün biletlər 28-i üçün də keçərlidir".
Qeyd edək ki, aparıcısı Zaur Nəbioğlunun olduğu gecədə türkiyəli sənətçi ilə eyni səhnəni yerli müğənni Günay İbrahimli də paylaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB