Tanınmışlar harada bir araya gəldilər? FOTOLAR

Tanınmışlar harada bir araya gəldilər? FOTOLAR

Bu gün "Az studio" gözəllik salonunun 5 yaşı tamam olması münasibəti ilə açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, müğənnilərdən Musa Musayev, Təranə Qumral, Aygün Rəhimova, Sevil və Sevinc bacıları, Zarina, Aslan,Sevinc Ağaşirinova, Roza Zərgərli, meyxanaçı Namiq Qaraçuxurlu, aktyorlar Elməddin Cəfərov, Ramin Hacıyev, media mənsublarının qatıldığı tədbirdə qırmızı lent kəsilib.

Nəzərinizə çatdıraq ki, yeni təmirdən çıxan "Az studio" gözəllik salonunda peşəkar ustalar fəaliyyət göstərir. Hətta bir çox tanınmış simalar da bu salondakı xidmətdən yararlanırlar.

Qeyd edək ki, sonda məşhurlar, üzərində "Az studio" gözəllik salonunun adı yazılmış tortu kəsiblər.

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə