Müğənni Rəqsanə İsmayılovanın konsertinin vaxtı dəqiqləşib. Sənətçi təşkilatçı Nahid Emiloğlu ilə konserti əlamətdar günə təyin ediblər. Bu haqda SİA-ya danışan Rəqsanə sözügedən konserti əsgər, şəhid, əlil ailələrinə ərməğan edəcəyini söyləyib: "İyunun 30-u İlhamla Fərizənin toy günləridir. Biz də konserti həmin günə təyin etdik. "Yaşıl Teatr"da verəcəyim konsertin bilet satışı olmayacaq. Şəhid, əsgər ailələri, bir sözlə vətən uğrunda xidməti keçən hər bir kəsi konsertimə dəvət edirəm. Həmin günü "Sevgililər günü" kimi qeyd edənlər də konsertə gələ bilərlər. Onu da deyim ki, adını hələ açıqlamaq istəməyən yerli rejissorlardan birinin ekranlaşdırdığı "Heydər – İlham – Azərbaycan" mahnısının klipi ilk dəfə konsertdə təqdim ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB