Sevilən müğənni Yaşar Cəlilov yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, bəstə "Ulduzlu gecə" adlanır.
Sənətçi sözügedən mahnısı haqda bu sözləri söyləyib: "Yeni lirik mahnımı sevənlərimin ixtiyarına verirəm. Əminəm ki, dinləyicilər bu mahnımı da bəyənəcəklər. Gələcəkdə "Ulduzlu gecə" adlı bəstəmə klip çəkdirməyi də planlaşdırıram".
Qeyd edək ki, "Ulduzlu gecə" mahnısının sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB