Müğənni həmkarına nələr dedi?

Müğənni həmkarına nələr dedi?

Qardaş ölkənin sənətçisi Demet Akalın pərəstişkarlarının qarşısına çıxıb. SİA-nın verdiyi xəbərə görə, mahnılarını ard-arda səsləndirən ifaçı həmkarı Serdar Ortaçla bağlı pis fikirlər söyləyib: "Artıq albomum 5 həftədir ki, işıq üzü görüb. Ancaq hələ də ən çox dinlənilənlər siyahısındadır. Sərdar Ortaçın təzə albomunu aldım, dinlədim. Heç bir bəstəsini bəyənmədim. Onun toyuna da gedə bilməyəcəyəm. Həmin gün konsertim var".

Jurnalistlərin "Yəqin hədiyyənizi almısınız" sualına Akalın, "Serdar nə toyumda, nə də qızım Hira doğulanda mənə heç nə almadı. Sadəcə gül göndərdi. Sərdar simicdir, yalnız sevgililərinə qarşı səxavətlidir" deyə, cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə