Müğənni növbəti dəfə məktəb tikdirdi

Müğənni növbəti dəfə məktəb tikdirdi

Türkiyəli müğənni Gülben Ergen xeyriyyəçilik edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi Bursada məktəb tikdirib. Məktəbin açılış mərasimində iştirak edən müğənni, çıxışında "Uşaqlar gülsün deyə" dərnəyi olaraq daha çox kənddə məktəb tikmək üçün var-gücümüzlə çalışacağıq. Somadakı faciədə həlak olan fəhlələrə görə çox pis oldum. Növbəti məktəbi Somada açacağıq" deyib.

Qeyd edək ki, Bursada 100 şagird məktəbəqədər təhsil alacaq. Yaradıcısı və rəhbəri Gülben Ergen olan "Uşaqlar gülsün deyə" dərnəyi daha əvvəl də Türkiyənin bir sıra bölgələrində məktəblər tikdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə