Emin Ağalarov jurnalistlərlə görüşdü

Emin Ağalarov jurnalistlərlə görüşdü

Dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarov "World Music Awards" mükafatı alması münasibətilə mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, o jurnalistlərin bütün suallarını cavablandıraraq mükafatı haqqında ağaızdolusu danışıb: "Bu, əslində hamımızın mükafatıdır. Mükafatı qazanmaq mənim üçün gözlənilməz oldu. Çünki məni həmin konsertə qonaq kimi çağırmışdılar. Sadəcə, mahnı oxumalı idim. Bu mükafat ilk növbədə Azərbaycanın, daha sonra Rusiyanın uğurudur. Konsertdə mahnıları canlı ifa etdiyim üçün çox həyəcanlı idim. Mükafatı xalq artisti Müslüm Maqomayevə həsr edirəm".

Qeyd edək ki, E.Ağalarovla həmin yarışmada dünyanın məşhur ulduzlar Beyons, Meray Keri, Mayli Sayrus, Pamela Anderson və başqaları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə