Müğənni Elnar Xəlilov və "Şarm" qrupu mahnı üstündə davaya çıxıb. Bu haqda SİA-ya danışan Elnar sözügedən qrupu özbaşnalıq etdiyini deyib: "Soyuqdur mənə" mahnısını icazəm olmadan "Şarm" qrupu hər yerdə səsləndirir. Onlara dəfələrlə bu bəstəni oxumaqlarına qadağa qoymuşam. Ancaq yenə də özbaşnalıq edirlər. Mahnının aranjimanına qədər mən elətdirmişəm".
Bu haqda qarşı tərəfində fikirlərini öyrəndik. Şarm qrupunun prodüseri, eyni zamanda anası bu sözləri dilə gətirdi: " "Soyuqdur mənə" bəstəsi qızlarımın ifasında sevilib. Elnar sözügedən qrupun hesabına sevilib. "Soyuqdur mənə" bəstəsini oxumağa Elnara icazə vermirik".
Qeyd edək ki, Elnar Xəlilov hazırda "Soyuqdur mənə" mahnısına klip çəkdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB